Aydan Şener gözəlliyinin sirrini açdı

13.09.13   16:24 -  
MÜSAHİBƏ

Aydan Şener gözəlliyinin sirrini açdı


“Çalı quşu” teleserialından tanıdığımız Aydan Şener “Tatar-inform” agentliyinə müsahibə verib. Axşam.az Lent.az-a istinadən müsahibəni təqdim edir.
 
- Babaların tatardı deyəsən...
 
- Onlar burdan XIX əsrin ikinci yarısında tatarların kütləvi xristianlaşdığı vaxtda köçüblər. Atam Kazan tatarı, anam isə Krım tatarıdı. Ona görə  hər dəfə Kazana gələndə elə bilirəm ki, öz evimdəyəm.
 
- Hal-hazırda hansı filmə çəkilirsiz?
 
-  İndi daha çox teatrda çalışıram. Dekabrda yeni tamaşamın premyerası olacaq. Bu mənim teatrda ikinci rolumdu. Bundan başqa Azərbaycanda və Türkiyədə yeni reklam proyektlərimiz olacaq. Orada televiziya layihələrində iştirak etməyi təklif ediblər. Amma bu, ürəyimcə deyil.
 
- Türkiyədə “Çalı quşu”nun təkrar çəkilişləri gedir. Bu barədə nə deyə bilərsiz?
 
- Bilirəm. Bu yaxınlarda filmin təqdimatı olacaq. Filmin böyük əksəriyyəti ilkin variantın təkrarıdı. Yaradıcı heyət bizim filmdəki musiqidən istifadə edib. Uğur qazanacaqları barədə əvvəlcədən söz demək çətindi. Ümid edirəm ki, onlarda bu alınacaq.

- Bəs sizə dəvət gəlmişdi?
 
- Bəli. Lakin konkret rol və ya rolun mətni bilinmirdi. Mən də dedim ki, o filmə görə, bir neçə saniyə də çəkilə bilərəm.
 
- Aydan xanımın gözəlliyi və istedadına bələd olan kişilər çoxdu. Bəs Aydan xanım özü yenidən ailə qurmağı düşünürmü?
 
- Yox (gülür). Mənim ağıllı qızım, dörd pişiyim və dörd itim var. Xoşbəxt, sakit həyatım var. Ərə getmək haqqında düşünmürəm. Azadlığı sevirəm.
 
- Futbola münasibətiniz?

- Keçmiş ərim, qızımın atası “Qalatasaray” klubunun futbolçusu olub, Türkiyə yığmasında oynayıb. Hələ də bu klubun fanatıyam.
 
- Gözəlliyinizin sirri?
 
 - Hər hansı bir xüsusi sirri yoxdu. Hər şeydən əvvəl, sağlam həyat tərzi keçirmək lazımdı: düzgün qidalanmaq, planlaşdırma. Yağlı ət yemirəm. Mənim yemək menyumda tərəvəz və balıq var. Yemək bişirməyi çox sevirəm, tərəvəzləri doğrayan zaman üzümə maskalar hazırlayıram. Və bir də yuxu çox önəmlidir.


Facebook   Twitter   MySpace   Google   
1986 dəfə baxılıb
 

"Evlənmək lazımdır" - Elçin
“Şipşirin” ləqəbi ilə tanınan müğənni Elçin Cəfərov “Qafqazinfo”ya müsahibə verib....
17.07.14
"Elgizin qurbanı oldum, reytinq xətrinə məni əsəbləşdirib..." - Təranə
Prodüser Təranə Səmədova “Qafqazinfo”ya müsahibə verib. ...
16.07.14
“Təhminə” roluna mən çəkiləcəkdim “Təhminə” roluna mən çəkiləcəkdim" - müsahibə
Əməkdar artist Mehriban Xanlarova Milli.Az-a müsahibə verib. ...
15.07.14
"Şəxsi təyyarəm və obyektlərim var" - azərbaycanlı müğənni
Müğənni Elçin Hüseynov axar.az saytına müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir. ...
11.07.14
"Robbenə görə Hollandiyanı sevirəm" - Xumar
AzNews.az futbol üzrə 20-ci dünya çempionatının gedişində maraqlı futbol bilgilərinə sahib olan tanınmış müğənni Xumar Qədimovadan müsahibə alıb....
10.07.14
"...Guya milyonlarımız, yaxtalarımız var” - Eldar
Müğənni Eldar Qasımov “Qafqazinfo”ya müsahibə verib. ...
10.07.14
"Azərbaycana gəlin gəlmək qismət olmadı" - müsahibə
Bugünlərdə Azərbaycandakı istirahət mərkəzlərinin birində konsert verən türkiyəli müğənni Ebru Polad Ailem.az-a müsahibə verib...
09.07.14
“Elə bir kişi ilə ailə qurmaq istərdim ki...” – müsahibə+fotolar “Elə bir kişi ilə ailə qurmaq istərdim ki...” – müsahibə+fotolar
ATV telekanalının aparıcısı Günay Firudinqızı publika.az saytına müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir. ...
07.07.14
Bakıda hamilələri pulsuz daşıyan taksi sürücüsündən müsahibə+fotolar Bakıda hamilələri pulsuz daşıyan taksi sürücüsündən müsahibə+fotolar
Cəmaləddin Qaracayev adlı taksi sürücüsü maraqlı elan yerləşdirib. Onun idarə etdiyi avtomobilin üzərinə vurulan elanda qeyd olunub ki, hamilə və 1 yaşına qədər uşaqlı valideynlərə taksidə gediş haqqı...
02.07.14
"Xanımımı bazarlığa buraxmıram" – müsahibə
Millət vəkili Aydın Mirzəzadə “Formaggio.az” saytına kulinariya ilə bağlı müsahibə verib. ...
25.06.14
SON XƏBƏRLƏR
23 İyul 2014
22 İyul 2014
ƏN ÇOX OXUNANLAR
VİDEO
© 2012 axsam.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.