Sibel Canın güllələnən müğənni ilə bağlı ittihamlara cavabı

Sibel Canın güllələnən müğənni ilə bağlı ittihamlara cavabı
5263 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəstəxanada müaicə alan gənc ifaçı Mutlu Kaya ilə maraqlanmadığı üçün tənqid olunan müğənni Sibel Can ittihamlara cavab verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə. Diyarbəkirdə hücuma məruz qalaraq başından güllələnən Mutlunun anası məşhur müğənninin yataqda olan qızını artıq ziyarət etmədiyini və halını soruşmadığını demişdi.

S.Can İnstaqramda bütün bunlara cavab olaraq yazıb:

"Yaxşılıq insanlar arasında itə bilər. Amma yaxşılıq edənlə Allah arasında heç vaxt qırılma ola bilməz...".

Qeyd edək ki, M.Kayanı müğənni S.Can bir yarışma proqramı üçün Diyarbəkirdən İstanbula gətirmişdi.