"28 May" metrosunun yeni çıxışı açılacaq

"28 May" metrosunun yeni çıxışı açılacaq
2904 dəfə oxunub
  • A-
  • A
  • A+

Metronun “28 May” stansiyasından dəmir yolunun Bakı sərnişin stansiyasına birbaşa çıxış olacaq.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, dəmir yolunun Bakı sərnişin stansiyasında yenidənqurma işləri davam etdirilir.
 
O, qeyd edib ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə “28 May” metro stansiyasından tunel vasitəsi ilə birbaşa Bakı sərnişin stansiyasına çıxış açılacaq.

Yeni çıxışda metro turniketlərinin quraşdırılması da nəzərdə tutulur.