"Əsl şou"nun ikinci aparıcısı bəlli oldu

"Əsl şou"nun ikinci aparıcısı bəlli oldu
3689 dəfə oxunub
  • A-
  • A
  • A+
“Space” telekanalında yayımlanan “Əsl şou” verilişinin növbəti aparıcısı da bəlli olub.

Axşam.az-ın məlumatına görə, Tahirə Məmmədqızı ilə yanaşı, verilişə Tural Özan da aparıcılıq edir. Proqramın ilk qonaqları əməkdar artist Elza Seyidcahan, müğənni Manaf Ağayev, Aşıq Zülfiyyə və oğlu Babək olublar.

Qeyd edək ki, Tahirə Məmmədqızı müğənni Səidə Sultanın efirdə nalayiq ifadələr işlətməsindən və bu səbəbdən “Space”dən çıxarılmasından sonra “Əsl şou”ya aparıcı təyin edilib.