"Bakı 2015"in qızıl medalçısı yeni avtomobil alıb - foto

"Bakı 2015"in qızıl medalçısı yeni avtomobil alıb -  foto
9806 dəfə oxunub
  • A-
  • A
  • A+

I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb.

Axşam.az azvision.az-a istinadən xəbər verir ki, o, bu barədə özünün `İntagram` səhifəsində məlumat verib.

Taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medal qazanan Ayxan aldığı “Dodge” markalı maşının fotosunu paylaşıb və “Min şükür Allah”,-deyə qeyd edib.

Ayxan Tağızadə açıqlamasında yeni maşın aldığını təsdiqləyib.

Aldığı maşının qiymətini açıqlamayan idmançı avtomobil sürməyə həvəsinin olduğunu deyib.

Əldə olunan məlumata görə, A.Tağızadənin yeni avtomobili 61 min manat dəyərindədir.

Xatırladaq ki, ölkə başçısının sərəncamına əsasən I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min) pul verilib.