Kişilər haqqında bilmək istədikləriniz - Qadınlar üçün

Kişilər haqqında bilmək istədikləriniz - Qadınlar üçün
5274 dəfə oxunub
  • A-
  • A
  • A+

Kişilər qadınların əsl macərasıdır. Qadınlar həmişə əks-cinsin anlaşılmaz halını çözməyə çalışıblar. Bəs görəsən, kişilər qadınları nə qədər sevir? Xanımla münasibətə nə qədər dəyər verirlər? Bunu onun hərəkətlərindən və söhbətindən anlamaq çox asandır… Səbəblər sadə və primitiv ola bilər, amma nəticəsi ürəkaçan deyil.

Axşam.az xarici mətbuata istinadən xanımların kişilər haqqında bilmək istədikləri sirrləri təqdim edir:

Kişilər SMS-ə niyə gec cavab verirlər?

Birincisi, kişilər SMS-ə nifrət edirlər. İkinci, onlar qadınların SMS yazmaqda daha fəal olduqlarını və söhbəti uzatmaq istədiklərini bilirlər. Qadınlar mesaj yazanda daha ağıllı fikirləşirlər. Kişilərsə yazılanları düşünüb, düzgün cavab verə bilmirlər. Sevgilinə sms yazanda cavab ən tez 1 saata gəlir. Bu isə səni özündən çıxarır. Onun bir başqasıyla olduğunu düşünməyə başlayırsan. Səni özündən çıxaran qısqanclıq hissləri, münasibətlərin get-gedə soyumasına gətirib çıxarır.

Məsləhət: Kişilərin SMS yazmağa meyilli olmamasının bir az gülməli səbəbi var. O, gözəl bilir ki, SMS-ə həmin an cavab verməsə heç nə dəyişməyəcək. Həm də oğlanların qızların yazdığı mesajdakı sözləri oxuması, başa düşüb, doğru cavab yazması üçün nəinki bir dəqiqə, həttta 1 saat belə azdır. O, mesajı təkrar-təkrar oxuyur. Onun cavab yazması üçün uyğun vaxt və sakitlik olmalıdır. Çünki qadınlar mesajda həmişə ağıllı fikirlər yazırlar. Səbrli olmaq lazımdır! Özünlə qürur duy, demək, sən təsirli mesaj yazmısan, o da buna hələ cavab tapmır. Əgər sənə vacib nəyisə öyrənmək lazımdırsa, bu zaman mesaj əvəzinə ona zəng et. Bu ünsiyyət üçün ən yaxşı yoldur.

Kişilərin qadınlarla bağlı əsl düşüncəsi: arıq yoxsa dolubədənli?

Qadının artıq çəkisi kişilər üçün problem deyil. Bunu, onların hamısı deyir. Amma nədənsə, həmişə də zərif qızlara baxırlar. Onu da ətrafdakı cazibədar, baxımlı qızlar cəlb edir. Bəzən o, deyir: «Qadın təbiətin yaratdığı kimi gözəldir». Amma nədənsə, bir gün səni makiyajsız, bir az kökələn görəndə irad tutmağa başlayır. Artıq səninlə əvvəlki kimi şəhərdə gəzməyə də çıxmır. 

Məsləhət: Jurnallarda kişilərin modellər kimi nərmənazik qızları bəyəndikləri yazılır. Amma əsl kişi psixologiyasına görə, onlar bir az dolubədənli qızları bəyənirlər. Buna görə də sevgilin üçün həddindən artıq dərəcədə arıqlamağı ağlına belə gətirmə. Sadəcə, baxımlı olmağa çalış. Psixoloqlar sübut edirlər ki, orta dərəcədə baxımlı olan qadınlar kişi üçün əsl xanımdır.

Makiyaj və O…

Həmişəki kimi ən sadə və çox üstünlük verilən hal təbii gözəllikdir. Amma sevgilin boyalı dodaqlara, əlvan gözlərə biganə qalmır. Problem makiyaj məsələsi deyil, onun davranışlarıdır. Hər dəfə güzgü qarşısına keçəndə o, səni ələ salmağa başlayır. Kişilər özünəgüvənməyən qadının tez-tez güzgüyə baxdığını düşünürlər. Qadınların bəzək-düzəyə sərf etdikləri vaxt kişiləri özündən çıxarır. Hər görüş günündə saatlarla səni  gözləyir. Görüş boyu onun kefsiz olub, susmağı səni özündən çıxarır. Yəni o, səninlə gəzintiyə çıxmağına peşmandır? 

Məsləhət: Bu yerdə kişilərin psixologiyasını anlamaq o qədər də asan deyil. Əslində, onlar baxımlı qızlara göz qoyurlar. Amma sevdikləri qadın makiyaja çox vaxt sərf edəndə əsəbiləşirlər. Buna görə də çalış, heç vaxt sevgilinin yanında makiyaj etmə. Əgər o, sənə gəzintiyə çıxmağı təklif edirsə, bunu uzatma. Demək, o bunu indi istəyir, iki saatdan sonra yox. Kişilər baxımlı qadınları xoşlayırlar, 24 saat özünə qulluq edən xanımları yox.  

Kişilər işləyən qadınlardan çəkinirlər?

Hədsiz dərəcədə ağıllı qadınlar həmişə kişiləri özlərindən uzaqlaşdırırlar. Niyə? Səbəb kişinin öz möhtəşəmliyini itirmək qorxusudur. Əgər kişi «ailəni dolandıran» statusunun təhlükədə olduğunu görürsə, bu, həmin an onun qüruruna toxunur. Çalışqan qadın heç vaxt işini gündəmə gətirmir, hətta kişinin bu məsələyə toxunmasına əsəbiləşir. Buna görə də biznes-ledilərin sevgi romanı uzun çəkmir. Beləcə, onlar ətrafdakılarda bir fikir formalaşdırırlar: «Başı işə qarışıb, şəxsi həyatına vaxt ayırmır». Görəsən bu cür qadınlar sevgi romanını necə yaşamalıdırlar?

Məsləhət: Əgər münasibətinin ideal olmasını arzulayırsansa, onda tanış olduğun gündən işlə bağlı söhbətləri ikinci plana keçirt. Bu o demək deyil ki, sən onun yanında özünü axmaq kimi aparırsan. İş həyatını ona iki cümlə ilə izah edib söhbəti bağla. O, hər dəfə görüşmək istəyəndə sən işini səbəb göstərərək, vaxtının olmadığını deyirsən. Bu da qarşı tərəfi özündən çıxarır. Beləcə, bəyəndiyin oğlan zamanla səndən uzaqlaşmağa başlayır.

Rəfiqələrimdən hansı mənim güclü rəqibim ola bilər?

Kişilər həmişə qadınların onların hansı tip qızları bəyəndiklərini başa düşməməkdən şikayətlənirlər. Qadın özünə güvənəndə, başqalarını qısqanmır. Qadınlar hətta özlərini belə ən böyük rəqib bilirlər. Sən sevgilinin rəfiqələrinlə danışmağını xoşlamırsan. Çünki onun səmimiyyətinə və təmizqəlbli olmasına inanmırsan. Burada inamsızlıq rəfiqəyədi, yoxsa sevgilinə?

Məsləhət: Hər bir kişiyə sevgilisinin rəfiqələrinə baxmaq maraqlıdır. Bu halda ən təhlükəli rəqib «boz mışovul» ola bilər. Flirti xoşlayan rəfiqən əlbəttə ki, əsl təhlükədir. Bu tip rəfiqələri yaxşı olar ki, heç sevgilinlə tanış etməyəsən. Yoxsa onun sənə qarşı ciddi fikri dəyişər. Ağıllı düşüncələri olan rəfiqə də sənə rəqibdir. Yaxşısı budur sevgilinlə sənə ən yaxın olan, nişanlı və ya evli rəfiqəni tanış edəsən..

Kişilər ömrü boyu sevgi axtarırlar?

Qadınlar xəyallarının sevgisini tapmaq üçün daim axtarışdadırlar. Kişilərsə onları tərk edən sevgililəri haqqında düşünərək, ömürləri boyu onun kimi yaxşısını tapa bilməyəcəklərini deyirlər. Kişilərin fikrincə, flirtdən ciddi münasibətə yol biraddımlıqdır. Onlar uzunmüddətli planlar qurmağı xoşlamır, zamanın ən yaxşı vasitə olduğuna inanmırlar. Əgər o, səninlə evlənmək istəyirsə, bunu tanışlığın ilk günündə deyəcək. 

Məsləhət: Kişilər elə düşünürlər ki, böyük sevgi gəldi-gedərdir. O, daim səninlə olmur. Onları maraqlı söhbətlər edib, qayğılarına qalan qadınlar maraqlandırır. Onlar üçün «parlaq gələcək» söhbətlərindən çox indiki zaman barəsində danışmaq vacibdir. Əgər həmişə onun sevimli xanımı olaraq qalmaq istəyirsənsə, onunla gələcək yox, bu gün haqqında danış.

Kişilər həqiqətən evlənmək istəyirlər, yoxsa bunu qadınları sevindirmək üçün deyirlər?

İllüziya qurmağa çalışma. Nikah kişilərə qadınlar qədər vacib deyil. Kişilərin bəziləri 16-29 yaşlarında həqiqi sevgiyə inanırlar. O çox nadir hallarda evlənmək qərarı verəcək: ya sənin onu tərk edib, gedəcəyini düşünəndə, ya da uşaq sahibi olmaq istəyəndə. Əslində, kişi qəlbən həmişə azad qalmağı arzulayır. Ən dərin sevgisi olan kişi belə evlənməyi ürəkdən istəməyəcək. 

Məsləhət: Psixoloqlar iddia edirlər ki, kişilər yaşlandıqca daha romantik olurlar. Gələcək onlar üçün daha əyləncəli görünməyə başlayır. Bu halda onlar nikah masasına oturanda qarşı tərəfi daha xoşbəxt edəcəklərinə əmin olurlar. Amma kənarda daha romantik münasibət axtarışlarına da son qoymurlar. Əgər sevgilin sənə evlənmək təklifi edirsə, bununla razılaş. Amma ondan sənin qədər sevinməyini gözləmə.  

Kişilərin 10 arzusu:

1. Mənə xəyanət etmə. Ən yaxşısı səni qane edən başqa kişi axtar. Bu, həm sənin, həm də mənim vaxtıma qənaət edəcək.
2. Dostlarımla tanış olub, mənə daha da yaxınlaşmağa çalışma.
3. Sevimli hamburgerimi öz pəhriz yeməyinə dəyişmə. Başa düş, mən hətta Skarlet Yohonsan üçün belə pəhriz saxlamayacam.
4. Məndən kloun «düzəltməyi» ağlına belə gətirmə: pencəyə nifrət edirəm. Həm də mən metroseksual kişi olmaq istəmirəm.
5. Xəbərim olmadan sevimli köynəyimi zibilqabına atmağa çalışma.
6. Evimdə və ya həyatımda nəyisə səliqəyə salmağı ağlına belə gətirmə. Köhnə əşyalarıma əl vurma.
7. Məşhur, yaraşıqlı Hollivud ulduzlarını misal çəkib, qarnıma lağ etməmə. Əgər kökəldiyimi düşünürsənsə, bunu açıq-aşkar de.
8. İdmana səninlə birgə getmək üçün məni yola gətirməyə çalışma. Yoqa məni heç vaxt maraqlandırmayıb.
9. Unutma: əgər özünü mənim qayğıkeş anam kimi aparsan, bizim intim həyatımız çox adi və maraqsız olacaq.
10. Məni dadlı yeməklərlə yedizdirməyə çalışma. Əgər sənin ananın evinə gedəndə qeyri-səmimi mehribançılıq görürəmsə, ora getməyə məcbur deyiləm.