Bulvara yeni karusel və attraksionlar gətiriləcək

Bulvara yeni karusel və attraksionlar gətiriləcək
1441 dəfə oxunub
  • A-
  • A
  • A+

Dənizkənarı Bulvar İdarəsində quruculuq və abadlıq işləri davam edir.

Axşam.az-ın məlumatına görə, idarənin rəis müavini Nazim Məcidov AzərTac-a bildirib ki, yaxın vaxtlarda Bakı Ağ şəhər və Bayıl bulvarı yeni karusel və attraksionlarla əhalinin istifadəsinə veriləcək. Bundan başqa adı çəkilən ərazilərdə kafelər, restoranlar və müasir əyləncə mərkəzləri insanlara xidmət göstərəcək. Dənizkənarı Bulvar İdarəsi, həm də yaxın vaxtlarda istifadəyə veriləcək 2 ədəd hündür retro maşınla istirahət edənlərə xidmət edəcək. 12 nəfər sərnişin tutumuna malik retro maşınlar hazırda Bakıdadır.

N.Məcidov qeyd edib ki, bu yaxınlarda, həmçinin bütün bulvar ərazisində uşaqlar üçün nəzərdə tutulan pulsuz əyləncə aksiyaları bərpa ediləcək.

Dənizkənarı Milli Bulvar İdarəsi tərəfindən həyata keçirilən belə aksiyalar müxtəlif mövsümlərdə mütəmadi təşkil olunur.