Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi
2107 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Maykl Duqlasın anası, tanınmış aktrisa Diana Duqlas 93 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Mayklın prodüser şirkətindən rəsmi açıqlama verilib. Onkoloji xəstəliklərdən əziyyət çəkən aktrisa Vudlend-Hillzdəki evində keçinib.

Qeyd edək ki, Diana Duqlas Bermud adalarında anadan olub. O, 1943-cü ildə teatrda tanış olduğu həyat yoldaşı Kirklə ailə qurub. Cütlüyün Maykl və Coel adlı iki uşağı var. Diana 22-dən çox filmdə, 60-dan artıq tele-layihədə yer alıb. D.Duqlas bu həftə Los-Ancelesdə dəfn olunacaq.