Ancelina Coli “çariça” olacaq

Ancelina Coli “çariça” olacaq
1388 dəfə oxunub
  • A-
  • A
  • A+
“Oskar” mükafatlı aktrisa Ancelina Coli “Möhtəşəm” ləqəbli rus çariçası II Yekaterinanın obrazını canlandıracaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Qış sarayındakı eşq macəraları və kişilərə olan vurğunluğu ilə tanınan çariça 1762-1796-cı illərdə Rusiya İmperiyasını idarə edib. Qalmaqallı münasibətləri səbəbindən “nemfomanyak” kimi tanınan Yekaterina feminizmin simvolu da adlandırılır.

Film ingilis yazıçı Simon Sebaq Montefiorenin “Möhtəşəm Yekaterina və Potyomkin: imperial eşq hekayəsi” kitabı əsasında çəkiləcək.