Ulduzlar “Bakı 2015”ə həsr olunan paradda

Ulduzlar “Bakı 2015”ə həsr olunan paradda
1804 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtımızda “Bakı 2015” Birinci Avropa Oyunlarına həsr olunan parad keçiriləcək.

Axşam.az-ın məlumatına görə, bununla bağlı reklam çarxı hazırlanıb. Çarxda sənət aləminin tanınmış simaları, aparıcılar rol alıb.

İyulun 12-də “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçiriləcək tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə Azərbaycan Milli yığmasının idmançılarının və könüllülərinin paradı baş tutacaq. Yürüş Əl Oyunları Sarayında başlayacaq və Dənizkənarı Milli Parkda saat qülləsinin yanında yekunlaşacaq.

Saat 21:00-da isə estrada ulduzlarının iştirakı ilə konsert proqramı baş tutacaq.