"Bozbash pictures"in aktyoru evlənir

"Bozbash pictures"in aktyoru evlənir
6174 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bozbash pictures”in Şirini – Nicat Rəhimov evlənməyə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda “Onlar”a açıqlamasında xəbər verib. O, toyun bu il baş tutacağını vurğulayıb:

“Əvvəl deyirdim evlənmək istəyirəm, amma heç kim yoxdur. İndi namizədim də var. Toy bu il olacaq. Efir, incəsənət adamı deyil. Xanım uzaq qohumumuzdur. Birinci mən bəyəndim, sonra anam razılaşdı. Yəni anamın xeyir-duası ilə evlənirəm. Hələ nişan olmayıb. Elçilik və “hə” baş tutub. Çox uzatmaq istəmirəm. Üzük taxandan sonra dərhal toy edəcəm. Toyum mediaya açıq olacaq. Kim istəyir gəlsin. Seçdiyim xanım bilir ki, kiminlə ailə qurur, qısqanclıq yoxdur. Mənim ən böyük problemim bu idi. Heç kim incəsənət adamı ilə ailə qurmaq istəmirdi”.