Kayahanın qızı məhkəməyə müraciət etdi

Kayahanın qızı məhkəməyə müraciət etdi
4928 dəfə oxunub
  • A-
  • A
  • A+
Apreldə dünyasını dəyişən müğənni Kayahanın ilk evliliyindən olan qızı Bəstə Açar atasının var-dövlətinin siyahıya alınması üçün məhkəməyə müraciət edib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, mövzuyla bağlı danışmaq istəməyən ifaçının qızı “Prosedura uyğun atılmalı addımdır. Bu işlərlə vəkilim maraqlanır, əlavə məlumatım yoxdur” deməklə kifayətlənib.

Kayahanın həyat yoldaşı İpək Açar belə bir məhkəmə prosesinin başladığını təsdiq edərək “Bu, sadəcə var-dövlətin müəyyən olunması ilə əlaqədar başlayan prosedurdur. Hər hansı miras tələbi hələ ki, irəli sürülməyib” söyləyib.