Enriki İqlesiasın anasından ötrü həyat yoldaşını tərk edir

Enriki İqlesiasın anasından ötrü həyat yoldaşını tərk edir
3429 dəfə oxunub
  • A-
  • A
  • A+
“Nobel” mükafatlı yazıçı Mario Varqas Llosa məşhur müğənni Enriki İqlesiasın anası İzabel Preyslerdən ötrü 50 illik həyat yoldaşı Patrisiyadan ayrılmaq qərarına gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 79 yaşlı yazıçı ifaçının anası ilə Portuqaliyada tətil edərkən paparassilər tərəfindən görüntülənib. Mario jurnalistlərə açıqlamasında İzabellə münasibətinin yaxşı olduğunu deyib:

“Bu, əvvəlkilər kimi deyil. Madridə qayıdan kimi evi tərk edəcəyəm. Xoşbəxtliyin nə demək olduğunu İzabellə öyrəndim və bunu yaşamaq üçün o qədər də vaxtım qalmayıb”.

Qeyd edək ki, Marionun Patrisiya ilə evliliyindən, İzabelin müğənni Xulio İqlesiasla nikahından hər birinin 3 uşağı var.