Çağatayı əsəbiləşdirən eşq xəbəri

Çağatayı əsəbiləşdirən eşq xəbəri
6205 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Çağatay Ulusoy haqqında çıxan eşq şayiələrinə sərt cavab verib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Çağatayın voleybolçu Özge Ertözlə sevgili olması ilə bağlı xəbərlər yayılıb.

"Medcezir" serialı bitdikdən sonra "Delibal" filminə çəkilməyə hazırlaşan aktyor tərəf müqabili Leyla Lidya Tuğutluyla bir araya gəlib.

Birlikdə şəkillərinin çəkilməsini istəməyən Çağatay və Leyla restorandan ayrı-ayrı qapılardan çıxıb.

Jurnalistləri qarşısında görən Ulusoy haqqında çıxan şayiələrə münasibət bildirib:

"Özge ilə bağlı haqqımda çıxan xəbərlər tamamilə yalandır. Onunla aramızda heç bir şey yoxdur".