"Hürrəm Sultan"ın yeni serialının adı açıqlandı

"Hürrəm Sultan"ın yeni serialının adı açıqlandı
5621 dəfə oxunub
  • A-
  • A
  • A+
Məryəm Üzərli və Murad Yıldırımın yeni serialının adı məlum olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisanı "Möhtəşəm yüz il"dən sonra ekranlara geri qaytaracaq serialın adı "Cəsarət" olacaq.

Sentyabrda başlayacaq ekran işində Murad və Məryəm tərəf müqabili olacaqlar. Serial Star TV-də yayımlanacaq.

Qeyd edək ki, "Möhtəşəm yüz il"də Hürrəm Sultanı canlandıran Üzərli layihənin ortasında "tükənmişlik sindromu"ndan əziyyət çəkdiyini deyərək Almaniyaya geri dönmüşdü.