Özündən iki dəfə balaca qadınla evləndi - foto

Özündən iki dəfə balaca qadınla evləndi - foto
3509 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqiçi və pianoçu Billi Coel evlənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 33 yaşlı Aleksis Roderiklə ailə qurub. Özündən iki dəfə kiçik olan həyat yoldaşı artıq hamilədir.

Toya dəvət olunanlar elə biliblər ki, Billi onları hər il ABŞ-ın müstəqillik günü ilə bağlı təşkil etdiyi tədbirə çağırır. Lakin onlar toya gəldiklərini görüncə təəccübləniblər.

B.Coelin keçmiş həyat yoldaşı və qızı Aleks Reyin anası top model Kristi Brinkli İnstaqramda musiqiçinin toy fotosunu paylaşaraq onu təbrik edib:

"Təbrik edirəm! Qızımı da təbrik edirəm, inanıram ki Aleksislə o, yaxşı rəfiqə olacaqlar".

Qeyd edək ki, Billi Coel indiyə qədər artıq 3 dəfə evli olub. 2009-cu ildən etibarən A.Roderiklə sevgilidir.