Gənc oğlan evsiz insanlara belə kömək edir - fotolar

Gənc oğlan evsiz insanlara belə kömək edir - fotolar
6137 dəfə oxunub
  • A-
  • A
  • A+

26 yaşlı Nazir Sobhani evsiz insanlar üçün etdiyi hərəkətlə gündəmə gəlib.

Axşam.az-ın adme.ru-ya istinadən məlumatına görə, o, bərbərdir və həftənin 6 günü salonda işləyir. Yeddinci günü isə Melburn küçələrinə çıxaraq evsiz insanların üzünü, saçını qırxır, səliqəyə salır. İş zamanı o, həmin insanlarla söhbətləşir və onlara yeni həyata başlamaq üçün heç zaman gec olmadığını deyir.

"Küçə bərbəri" deyir ki, bomjların və dilənçilərin saçını dəyişməklə, səliqəyə salmaqla onlara yeni bir həyatın başlanğıcını göstərir. 



Bu oğlanın adı Markdır. Onun 28 yaşı var. 10 ildir ki valideynlərindən ayrı yaşayır:

"Markın söhbət etməyə, bir neçə kəlmə kəsməyə kiməsə ehtiyacı var. Bizim görüşümüzə kimi o, 8-9 ay idi ki, üzünü, saçını qırxdırmırdı" - Nazir deyir.

Mark 3 ildir ki, evsizdir. Onun heç bir yaxını, dostu yoxdur. O, sadəcə başa düşülmək və sevilmək istəyir. İndi Nazir onun ən yaxın dostudur.


 
Reyçelin də 28 yaşı var.

"Bir dəfə küçədə Reyçel özü mənə yaxınlaşdı. Mən artıq küçə bərbəri kimi tanınırdım. Məndən xahiş etdi ki, saçlarını düzəldim".

13 yaşından etibarən gənc qızın evi küçələrdir. O, ailəsindəki mübahisələrə görə evdən qaçıb. Ən böyük arzusu saç ustası olmaqdır. Amma hazırda yaşamaq üçün küçələrdə çalışır. Bir yaşlıq oğlu onun ən böyük ümidi və yaşamaq üçün yeganə səbəbidir.



Marselin 30 yaşı var.

Nazir söhbətlərindən sonra onun haqqında belə deyir:

"Mən əminəm ki, mənim küçədəki bu dostlarımdan hər birinin qəlbi geniş və təmizdir. Amma bu qədər yaxşı cəhətləri Marseli tanıyana qədər həyatımda heç kimdə görməmişdim".

Onun dörd uşağı var, amma onları görə bilmir. Keçmiş arvadı övladlarını götürərək başqa ölkəyə köçüb.




Qrehemin 33 yaşı var. O, epilepsiyadan əziyyət çəkir. Heç vaxt ailəsi olmayıb. Uşaqlar və kimsəsizlər üçün evlər ağır xəstələrə qulluq etmək üçün xüsusi insanları olmadığını səbəb gətirərək onu qəbul etməyiblər.



Cenin 4 övladı, 3 nəvəsi var. 5 ildir saçlarına əl vurmayan 50 yaşlı qadın işini gördükdən sonra Nazirə təşəkkür edərək deyib:

"Təşəkkür edirəm! Çox uzun müddət idi ki belə gözəl olmurdum".

 

40 yaşlı Canqonun ailəsi yoxdur. "Küçə bərbəri" onun haqqında təbəssümlə danışır:

"Mənə yaxınlaşıb saçını kəsdirməyini xahiş edəndə Canqo çox sərxoş idi. Mənsə həmin an başqasının üzərində işləyirdim. Növbədə dayanmaq üçün ayaq üstə dura bilmədiyi üçün gedib kresloya oturdu. Sonra məndən xahiş etdi ki, saçını maksimum qısa kəsim. Çünki bir də nə zaman bərbərə gedəcəyini bilmirdi".