Ramazan ayının 18-ci günü: imsak və iftar

Ramazan ayının 18-ci günü:  imsak və iftar
4121 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Ramazan ayının 18-ci günüdür.

Axşam.az-ın məlumatına görə, QMİ-nin Şamaxı Rəsədxanasına istinadən tərtib etdiyi cədvələ əsasən, imsak Bakı saatı ilə 04:46-da bitir. İftar isə saat 21:31-dədir.

"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla".

Ramazan ayının 18-ci gününün duası:

"Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt nuruna хatir ey ariflərin qəlblərini nurlandıran!"

(Allahummə nəbbihni fihi libərakati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih və хuz bikulli ə’zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!)

P.S Cədvəllərdə olan fərqliliklərə görə oruc tutanların hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməsi məsləhətdir.