Türkiyəli rejissordan azərbaycanlı aktrisa ilə bağlı açıqlama

Türkiyəli rejissordan azərbaycanlı aktrisa ilə bağlı  açıqlama
7008 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin "Mən ondan küsmüşəm" dediyi rejissor Kutluğ Ataman danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Kutluğ Nəsrinin özünü uşaq kimi apardığını bildirib:

"Nəsrinin açıqlaması məni təəccübləndirmədi, incitmədi. Çünki belə hallara öyrəşmişəm. Aktyorlar uşaq kimidilər. Həmişə sevilmək istəyirlər. Amma mən onlara məsafəli olmağı sevirəm".

Ataman N.Cavadzadənin ondan niyə küsməsindən xəbərsiz olduğunu da vurğulayıb: 

"Küsməsinin səbəbini bilmirəm. Bununla məşğul olmaq da istəmirəm".

Qeyd edək ki, K.Ataman N.Cavadzadənin rol aldığı "Quzu" filminin rejissorudur.