Rusiyalı müğənni səhnəyə Ukraynanın bayrağı ilə çıxdı – video

Rusiyalı müğənni səhnəyə Ukraynanın bayrağı ilə çıxdı – video
1358 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı müğənni Zemfira Gürcüstanın paytaxtı Tiflisdəki konserti zamanı səhnəyə Ukrayna bayrağı ilə çıxıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı mahnısından “Maraqlıdır, sən orada necəsən? Düşünürəm, yaxşısan” sözlərini oxuyan zaman səhnəyə Ukraynanın bayrağı gətirilib. Zemfira əvvəlcə onu əlinə alaraq yelləyib, daha sonra isə mikrofonuna bağlayaraq, çıxışına davam edib.

Xatırladaq ki, Zemfira daha əvvəl də Ukraynanı dəstəkləyib. O, ötən ilin martında Krımla bağlı referendum zamanı sosial şəbəkədəki bütün video və fotolarını silərək, yalnız Ukraynanın “Okean Elzi” qrupunun “Vidpusti” ("Вiдпусти") mahnısını oxuduğu görüntünü saxlamışdı.