“Çoxları bunu irad tuturdu, vecimə almırdım” – Aişvariya Ray

“Çoxları bunu irad tuturdu, vecimə almırdım” – Aişvariya Ray
7811 dəfə oxunub
  • A-
  • A
  • A+
Bollivud ulduzu, 1994-cü ilin “Dünya gözəli” Aişvariya Ray Baçan “Hürriyət”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, model-aktrisa gözəllik sirlərini bölüşüb. O, eleqant görünüşün gözəlliklə yox, özünə inamla əlaqəli olduğunu deyib:

“Bunun qaşla, gözlə bağlılığı yoxdur. İlk əvvəl öz potensialınızı düzgün qiymətləndirməlisiniz. Daha sonra ondan istifadə etməyi bacarmalısınız. Hamı kimi olmağa çalışmayın: nə stilinizdə, nə də davranışınızda. Məni fərqləndirən əsas cəhət olduğum kimi davranmağımdır. Özünüzdən əmin və sərbəst olun”.

47 filmdə baş rolda çəkilən Aişvariya indiyədək ona “seksual” obrazlar təklif edilsə də, heç birini canlandırmadığını bildirib:

“Belə rollar insanı tez məşhurlaşdırsa da, tez də unutdurur. Mən cavan yaşlarımda da həmişə uşaqları olan, orta yaşlı qadınları oynamışam. Çoxları bunu mənə irad tuturdu, amma mən vecimə almırdım”.

A.Ray heç bir plastik əməliyyat etdirmədiyini söyləyib:

“41 yaşım var. Zaman özünü üz cizgilərimdə göstərir, ancaq heç bir estetik əməliyyat etdirməmişəm. Görünüşümdən çox razıyam və hər hansı əməliyyat düşünmürəm. Çoxlu su içirəm və nəmləndirici kremlərdən istifadə edirəm. Bəziləri kimi kökəlmək qorxum yoxdur. İstədiyim qədər yeyirəm. Sağlam qidalanıram. Həyatı tikələri saymaqla zindana döndərməyə ehtiyac yoxdur. Xoşbəxt olub, hər bir nemətdən zövq almaq lazımdır. Bu zaman, onsuz da gözəl görünəcəksiniz. Deyinməyin, qaş-qabaq sallamayın. Bu zaman həm əhvalınız korlanır, həm üzünüz qırıışır”.