Bazar günü Azərbaycanda 39 dərəcə isti olacaq

Bazar günü Azərbaycanda 39 dərəcə isti olacaq
1261 dəfə oxunub
  • A-
  • A
  • A+
Bazar günü Azərbaycanda havanın temperaturunun 39 dərəcəyə çatacağı gözlənilir.

Axşam.az xəbər verir ki, bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. G.Məmmədova bildirib ki, sabah paytaxtda şimal küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Bazar günü Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.