Roberto Kavalli 45 yaş kiçik sevgilisinə ada bağışladı – fotolar

Roberto Kavalli 45 yaş kiçik sevgilisinə ada bağışladı – fotolar
9359 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur modelyer Roberto Kavalli 29 yaşlı sevgilisi Sandra Nilsona ada alıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı modelyerin gənc sevgilisinə 2,5 milyon funt sterlinqə (təxminən 4 milyon manat) bağışladığı adada dörd yataq otağı olan villa, geniş mülk, hovuz, XI əsrdən qalan Vikinq qalası var.
 
Qeyd edək ki, Sandra Nilson isveçəsilli modeldir. Bir çox gözəllik yarışmasına qatılan Sandra 2008-ci ildə Viktoriya Silvesteddən 10 il sonra “Playboy” jurnalına poz verən ilk model kimi də tarixə düşüb. S.Nilsonun atası qızının R.Kavallinin hədiyyəsindən çox sevindiyini, ada sahibi olmağı çoxdan arzuladığını deyib.