"Paramparça"nın finalı tənqid olundu - video

"Paramparça"nın finalı tənqid olundu - video
11826 dəfə oxunub
  • A-
  • A
  • A+
"Paramparça" serialının mövsüm finalı tənqidlərə məruz qalıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bir-birinin ardınca baş verən faciəvi hadisələr seyrçiləri də əsəbiləşdirib.

Qəhrəmanlardan birinin şikəst olması, arxasınca dənizdə intihar etməsi, digərinin isə avtomobilinin partlaması mövsüm sonu üçün uğursuzluq kimi qələmə verilib.

Tənqidçilər "bütün qəhrəmanlar intihar etsəydi, daha maraqlı olardı" yazıblar.

Qeyd edək ki, Erkan Petekkaya və Nurgül Yeşilçayın baş rollarında oynadığı serial həftəlik 5 milyondan çox izlənilir. İnternetdə isə 90 milyon izlənərək zirvəni tutub. Serial üçün 2 mindən çox kostyum, 250 cüt ayaqqabı istifadə edilib, 2890 səhifə isə ssenari yazılıb.