"Müğənnilərin hamısı toy qiymətini yalan deyirlər"

"Müğənnilərin hamısı toy qiymətini yalan deyirlər"
2021 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov həmkarlarının sirrini açıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV Maqazin”ə açıqlamasında sənətçilərin toy qiymətlərindən danışıb:

“Dildə nə gəldi deyirlər, amma o qiymətə gedirlər? Toy qiymətini 15 min deyib, 7 minə razılaşırlar. Hətta bir ifaçı var, deyir ki, "Toya 20 minə gedirəm". 15 min manat deyib, 5 minə toya gedən müğənni tanıyıram. Ad çəkib, qalmaqal yaratmayacam. Artıq əvvəlki Kərim deyiləm, dəyişmişəm. Amma hamısı toy qiymətini yalan deyir. Hansı müğənniyə yarım saat oxuması üçün 3 min verirlər? Sən kimsən o qiyməti istəyirsən? Buna ancaq Aygün Kazımova layiqdir".

K.Abbasov bu yay səyahətə xərcləyəcəyi məbləği də açıqlayıb:

"İyulun 5-də yola düşürəm, İstanbul, Bodrum və Kəmərdə olacam. Sonra da 15 gün Avropanı gəzəcəm. Bütün tur paketlərini Bakıdan almışam. Cibimə isə 5 min manat qoyacam, bəsimdir”.