Ziynət Salini Bakıya gətirmək istəyir

Ziynət Salini Bakıya gətirmək istəyir
2503 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xəyyam Nisanov solo konsertə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “ATV Maqazin” verilişinə açıqlamasında danışıb:

“2012-ci ildə "Solo”adlı konsertim oldu və zal doldu. İnanıram ki, bu il də elə olacaq. Məkan kimi Heydər Əliyev Sarayını planlaşdırmışıq. Konsert qışda olsa da, məşqlərə indidən başlamışıq. İstəyirəm konsertdə Ziynət Sali də olsun. Alınsa, Bakıya gələcək. Azərbaycanda onu sevənlər çoxdur. Onunla oxuduğum "İstanbul” duetinə klipimiz çəkilib və çox bəyənilib".

Yay istirahətindən danışan X.Nisanov Avropaya gedəcəyini bildirib:

“Beş günlük Avropa səyahətinə çıxacam. Avqustda yenə xaricə dincəlməyə yollanmağı düşünürəm”.