Balaca şahzadənin silikon modeli hazırlandı - fotolar

Balaca şahzadənin silikon modeli hazırlandı - fotolar
1616 dəfə oxunub
  • A-
  • A
  • A+
Nataliya Lourens adlı qadın Böyük Britaniyanın balaca şahzadəsi Corcun silikon kuklasını hazırlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı Nataliya şahzadə Uilyamla Kembric hersoginyası Keyt Midltonun oğlunun modelini hazırlamaq üçün 2007-ci ildən işləməyə başlayıb.

30-dək müxtəlif oyuncaq hazırlayan qadının əl işlərindən daha çox Corcun kuklası bəyənilib. Alıcılar da daha çox balaca şahzadənin modelinə maraq göstəriblər.

N.Lourens ən böyük xəyalının Corcun silikon kuklasını kral ailəsinə göstərmək olduğunu bildirib.