Acun iştirakçını yarışmadan qovdu - video

Acun iştirakçını yarışmadan qovdu - video
8966 dəfə oxunub
  • A-
  • A
  • A+
Finalı yaxınlaşan “Survivor All Star” yarışmasında maraqlı anlar yaşanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üz-üzə gələn iştirakçılar arasında gərginlik yaranıb. Belə ki, “Gönüllülər” komandasından olan Duyğu Çetinkaya ilə Bozokun mübahisəsi layihənin rəhbəri və aparıcısı Acun İlıcalını əsəbləşdirib.

Acunun dəfələrlə xəbərdarlığına baxmayaraq, danışmağa davam edən Duyğunun ayağa qalxaraq Bozokla mübahisə etməsi aparıcının səbrini tükədib. A.İlıcalının “Duyğu, səni necə susdura bilərik” sualına iştirakçının cavabı “Məni göndərə bilərsiniz” olub.

Bu cavabdan sonra Acun Duyğunu canlı yayımdan uzaqlaşdırıb.

Aparıcı daha sonra baş verənlərə görə tamaşaçılardan üzr istəyib.