Şahzadə 32 milyardlıq sərvətini görün hara bağışladı

Şahzadə 32 milyardlıq sərvətini görün hara bağışladı
6151 dəfə oxunub
  • A-
  • A
  • A+
Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid ibn Talal ibn Əbdüləziz əl-Saud 32 milyard dollarlıq sərvətini xeyriyyə fondlarına bağışlayacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu isə dünyada indiyədək edilmiş ən böyük xeyriyyə yardımıdır.

Bu fondlar əsasən qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, təbii fəlakətlər və qəzalardan ziyan görmüş insanlara kömək edən qurumlardan ibarət olacaq.

“Forbes”in açıqlamasına əsasən, öz var-dövləti ilə dünyanın ən zəngin insanları siyahısında 32-ci yeri tutan şahzadə atdığı addımla bağlı bunları deyib:

“Ehtiyacı olanlara göstərdiyim dəstək gənclərə, qadınlara, zərərçəkənlərə fayda verəcək. Bununla da dünyada bir qədər xeyirxahlıq bərqərar olacaq”.

Qeyd edək ki, Əl-Valid öz sərvətini "Citibank”, “Apple”, “Four Seasons”, “Twitter” və digər məşhur layihələrə yatırımları ilə artırıb. Üç dəfə ailə quran şahzadənin bir qızı, bir oğlu var. Övladları da atalarının bu addımını dəstəkləyiblər.