Ana olacaq Petek Dinçöz qorxmağa başlayıb

Ana olacaq Petek Dinçöz qorxmağa başlayıb
4949 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən il Serkan Kodaloğlu ilə ailə quran müğənni Petek Dinçözün ana olmasına az qalıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 aylıq hamilə olan ifaçı doğuşun vaxtı yaxınlaşdıqca çox qorxduğunu deyib:

“Normal doğuş istəyirdim. Amma vaxt yaxınlaşdıqca qorxmağa başlamışam”.

Petek oğlu İrfanı dünyaya gətirdikdən sonra görəcəyi işləri də açıqlayıb:

“Əvvəlcə tətilə çıxacağıq. Sonra bəzi işlərim var, onları görəcəyəm. Yeni veriliş aparacağam. Oğlumla birlikdə reklama çəkiləcəyəm”.

P.Dinçöz ikinci uşağı istəmədiyini deyib:

“Onsuz da bir “şahzadəmiz” var: Şenay. Həyat yoldaşımın ilk nikahından olan qızıdır”.