Sevda Yahyayeva xoşbəxtdir

Sevda Yahyayeva xoşbəxtdir
3684 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva avqustda solo konsert verəcək.

İfaçı Axşam.az-a açıqlamasında çox xoşbəxt olduğunu deyib:

“Neçə illərdir məni sevənlərin qarşısına çıxır, konsertlər verirəm. Özümü xoşbəxt müğənni hesab edirəm. Yeni bir layihəyə hazırlaşıram. “KEvents group”un təşkilatçılığı ilə hazırlanan möhtəşəm solo konsertim olacaq. Sevilən bəstəkarımız İsmayıl Əsədovun topladığı musiqi orkestrı ilə birlikdə mahnılarımı canlı səsləndirəcəm. Səhnədə mənimlə birlikdə rəqqaslar da çıxış edəcək. Bu il də ənənəyə sadiq qalaraq 20-dən çox mahnı oxuyacağam. Odur ki, gecə-gündüz komanda şəklində çalışırıq. Geyimlərə gəldikdə isə yenə də fərqlənəcəm. Bütün detalları açıqlamaq istəmirəm. Amma onu deyim ki, konserti izləyənlər çox əylənəcəklər”.