Bakıda balaca modellər podiuma çıxdı - fotolar

Bakıda balaca modellər podiuma çıxdı -  fotolar
1724 dəfə oxunub
  • A-
  • A
  • A+
Paytaxtımızda “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş uşaqlardan ibarət moda nümayişi keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirin təşkilatçısı Mina Vaqif müsabiqədə 20-dən çox gənc modelyerin əl işinin nümayiş olunduğundan xəbər verib. 

Balaca modellərin üzünə Avropa Oyunlarının simvollarını əks etdirən şəkillər çəkilib.

Sonda müsabiqənin qaliblərinin adları açıqlanıb. Belə ki, gənc dizaynerlər İlahə Həsənova və Natiq Musazadə qalib olub.

Yarışmanın münsiflər kürsüsündə modelyerlər Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova, rəqqasə Oksana Rəsulova, təşkilatçı Samirə Zeynalova yer alıb.