Samira aparıcılar haqda: " Artıq-əskik danışıb, piar edirlər"

Samira aparıcılar haqda: " Artıq-əskik danışıb, piar edirlər"
1647 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samira Allahverdi aparıcılardan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan sənətçi verilişlərə getməməyinin səbəblərini açıqlayıb:

“Bəzi insanlar deyir ki, biclik et, yalan danış. Verilişdən imtina edəndə bəhanə gətir ki, “İşim var, toyum var”. Amma mən yalan danışa bilmirəm. Dəvət ediləndə deyirəm ki, “Mən sizin verilişin formatına və ya siz mənə uyğun deyilsiniz". İstəyirlər incisinlər. Aparıcıların bəziləri düşünür ki, dünya bunlara verilib. Proqrama gələn qonağa hər cür sual verə bilərlər. Hər kəs sənətə əziyyət çəkə-çəkə gəlir. İnsan haqqları var. İnsan öz şəxsiyyətinə hörmət edir. Proqrama çağırdıqları qonaqla artıq-əskik danışmaqla verilişi piar edirlər. Məncə, əgər aparıcı hörmətsizlik edirsə, qonaq da ona eyni hərəkətlə cavab verməlidir”.

Hər zaman sadəliyə üstünlük verən S.Allahverdi bunun başına bəla olduğunu bildirib:

“Belə olmaq lazım deyil. Mənə elə gəlir ki, artıq sadə insanları sevmirlər”.