"Changan" avtomobili sınaqdan keçirildi - fotolar

"Changan" avtomobili sınaqdan keçirildi - fotolar
956 dəfə oxunub
  • A-
  • A
  • A+
İyunun 30-da "Sirena Motors" şirkəti Bakı sakinləri üçün şəhər daxili sınaq yürüşü keçirib.

Axşam.az-ın məlumatına görə, sınaq yürüşü çərçivəsində şəhər sakinləri "Sirena Motors"un təqdim etdiyi "Changan" markasının CS 75 modelini sınaqdan keçiriblər. 4 saat davam edən aksiya Tofiq Bəhramov adına Respublika stadionunun önündə start götürüb, Şıx çimərliyində başa çatıb.

Qeyd edək ki, 2013-cü ildə yaranan “Sirena Motors” Çinin 7 nəhəng avtomobil şirkəti (Changan, GAC , BAİC, MG, GEELY, ZX AUTO və FAW markaları) ilə əməkdaşlıq edir və onların Azərbaycanda rəsmi distribütorudur. Avtomobilləri ilkin ödəniş 20% olmaqla, həmçinin 1 illik pulsuz servis xidmət ilə əldə etmək mümkündür. Növbəti şəhərdaxili sınaq yürüşləri 7, 14 və 21 iyul tarixlərində keçiriləcək. Sınaqda iştirak pulsuzdur.

Ətraflı məlumat üçün 1630 və (050) 303 09 06 nömrələrinə müraciət edə bilərsiniz.