Tom Kruzu məşhurlaşdıran filmin davamı çəkilir

Tom Kruzu məşhurlaşdıran filmin davamı çəkilir
892 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Tom Kruzun dünya miqyasında tanınmasına səbəb olan “Top gun” (“Ən yaxşı atıcı”) filminin davamı çəkilir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ilk hissəsi 1986-cı ildə lentə alınan ekran işi gələn il nümayiş olunacaq. Pilot Maverik obrazını yenidən Tom Kruz canlandıracaq.

“Skydance” prodüser şirkəti tərəfindən çəkiləcək filmdə ilk hissədən 30 il sonra baş verənlər nəql ediləcək.

Ekran işində yeni texnologiyalara, insan olmadan idarə edilən hava nəqliyyatı vasitələrinə, beşinci nəsil döyüş təyyarələrinə də yer veriləcək.