"Biz boşanmamışıq" - Doğuş

"Biz boşanmamışıq" -  Doğuş
7482 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Doğuş aparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızının “Sən tək deyilsən” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı boşanmaları ilə bağlı sosial şəbəkədə verilən sualları cavablandırıb:

“Biz yaxşı insanlarıq. Başqalarından xahiş edirəm ki, bizimlə işləri olmasın. Pis enerjilərini insanları müzakirəyə sərf etməsinlər. Əgər bekardılarsa, gedib ev işləri görsünlər. Aramızda ayrılmağımıza səbəb olacaq bir problem yoxdur. Biz 20 yaşında evlənməmişik ki, boşanmaq haqqında düşünək. Niyə ayrılaq ki? Yalan söhbətlər yaymayın”.

X.Hidayətqızı da həyat yoldaşının sözlərinə münasibət bildirib:

“Doğuş, efirə gəlməsəydin dəli olacaqdım. Sosial şəbəkədə birlikdə şəkillər paylaşırıq. Əgər ayrılmışıqsa, niyə birlikdə şəkil çəkdirək? Görmürsünüz ki, bir yerdəyik? Niyə söz çıxarırlar ki, boşanmışıq. Biz 40 yaşında ailə qurmuşuq. Bundan sonra niyə ayrılaq? Hamı rahat olsun, bir yerdəyik”.

Qeyd edək ki, X.Hidayətqızı və Doğuş cütlüyü ötən ilin oktyabrında ailə qurub.