Ece Erkenden boşanması xəbərinə açıqlama

Ece Erkenden boşanması xəbərinə açıqlama
4986 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Ece Erken mətbuatda yayılmış həyat yoldaşı Sərkan Uçardan boşanma xəbərini təsdiqləyib.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, aparıcı məsələ ilə əlaqədar açıqlama verib:

“Bəli, qarşılıqlı razılaşma əsasında boşanırıq. Bir-birimizdən heç bir tələbimiz yoxdur. Evlərimizi də ayırmışıq və boşanmaq üçün məhkəməyə ərizə ilə mən müraciət etmişəm”.

Aparıcı bu addımı S.Uçarın onunla və oğlu ilə kifayət qədər maraqlanmaması səbəbindən atdığını bildirib.
Xatırladaq ki, Ecenin İnstaqram hesabında həyat yoldaşının “Uçar” soyadını silməsi və oğlu Eymenlə təkbaşına tətilə çıxması mediada cütlüyün boşanması xəbərlərini gündəmə gətirmişdi.

Qeyd edək ki, Ece Erkenlə özündən 11 yaş kiçik iş adamı Sərkan Uçar ötən ilin iyununda ailə qurublar. Cütlüyün Eymen adlı 2 aylıq oğlu var.