Prezidenti təhqir edən jurnalistə 10 ay həbs

Prezidenti təhqir edən jurnalistə 10 ay həbs
4783 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk jurnalist Mehmet Baransu Tvitter hesabından prezident Rəcəb Tayyip Erdoğanı  baş nazir olduğu vaxtda təhqir etdiyi üçün dövlətin 7 il həbs istəyi ilə hakim qarşısına çıxıb.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, məhkəmədə Mehmet onun adına saxta hesablar açıldığını və yazılanların hamısının ona aid olmadığını deyib:

"Öz hesabımda yazdıqlarımda təhqir yoxdur, buna görə ittihamları qəbul etmirəm".

Məhkəmə isə jurnalistin 1 il həbs olunmasını istəyib. Lakin Baransunun keçmişi, sosial münasibətləri, məhkəmə zamanı davranışları nəzərə alınaraq cəza 10 aya endirilib.

Cəza hələlik təxirə salınıb.