Futbolçu xüsusi çimərlik və vertolyot istədi

Futbolçu xüsusi çimərlik və vertolyot istədi
1384 dəfə oxunub
  • A-
  • A
  • A+

Abu Dabinin "Əl Cəzirə" klubuna transfer olmağa hazırlaşan futbolçu Gervinyo istəkləri ilə qarşı tərəfi transferdən vaz keçməyə məcbur edib.

Axşam.az-ın "NTV Spor"-a istinadən məlumatına görə, "Arsenal"ın keçmiş futbolçusu danışıqlar vaxtı xüsusi vertolyot və yalnız özünə aid olan çimərlik istəyib.

Hazırda "Roma"da oynayan Gervinyoya görə "Əl Cəzirə" 13 milyon avro verməyə razılaşıb. Lakin Fil Dişi Sahilli oyunçunun istəkləri klubu bezdirib. Futbolçu bunlardan əlavə bütün ailəsinin Abu-Dabidəki bütün xərcinin ödənilməsini və doğma ölkəsinə limitsiz sayda bilet də istəyib.

Bütün bunlardan sonra klub futbolçudan imtina edib.