Bu zarafata görə şirkəti məhkəməyə verdi - video

Bu zarafata görə şirkəti məhkəməyə verdi - video
2985 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa və müğənni Peris Hilton bir neçə gün əvvəl onunla "təyyarədə ölüm" zarafatı edən şirkəti məhkəməyə verir.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Perisin təmsilçisi onun qorxunc zarafatdan sonra artıq təyyarədə uça bilmədiyini və vəkillərlə danışdığını deyib.

Qeyd edək ki, Misir teleşousu "Ramez in Control"un aparıcısı P.Hiltonu zarafatla qorxutmaq üçün onunla bir yerdə təyyarəyə minir. Dubay üzərində 15 dəqiqəlik gəzinti zamanı birdən təyyarədə həyəcan siqnalı verilir, hər kəs qışqırmağa başlayır. Daha sonra sərnişinlərdən biri təyyarədən düşür. P.Hilton isə baş verənlərin zarafat olduğunu bilmədiyi üçün qışqırıb ağlayır.