Dünya şöhrətli illüziyaçı, az qala, öləcəkdi - video

Dünya şöhrətli illüziyaçı, az qala, öləcəkdi - video
2800 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli illüziyaçı Kris Angel, az qala, səhnədə öləcəkdi.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iyulda “America’s Got Talent” yarışmasında şou göstərməyə hazırlaşan illüziyaçı məşq etmək üçün içi su ilə dolu qaba girib. Lakin Kris göydən asılmış qabın içində qəflətən huşunu itirib və özündən gedib.

Nə qədər cəhd göstərsə də, qutudan çıxa bilməyən illüziyaçının köməyinə dostları çatıb. “Onu aşağı çəkin” qışqırıqları altında şüşəni sındırmaqla Krisi xilas edə biliblər.