Ermənilər daha bir xalq mahnımızı oxudular – video

Ermənilər daha bir xalq mahnımızı oxudular – video
3678 dəfə oxunub
  • A-
  • A
  • A+

Dəfələrlə Azərbaycanın maddi-mədəni irsinə aid nümunələri öz adına çıxarmaqla məşğul olan ermənilər bu dəfə məşhur xalq mahnımız “Ay qız kimin qızısan?” mahnısını özününküləşdirib.

Axşam.az-ın oxu.az-a istinadən məlumatına görə, bu günlərdə erməni telekanallarından birində yayımlanan verilişdə bu mahnı erməni mahnısı kimi təqdim edilib.

Özünü professor kimi təqdim edən veriliş aparıcılarından biri isə tamaşaçılara mahnıdakı “dilim-dilim” sözünün qədim erməni sözü olduğunu elan edib.

Bu barədə "Facebook"-dakı şəxsi profilində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Erməni araşdırma mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi bildirib.

İsmayıl Tanrıverdinin bildirdiyinə görə, mahnının sözləri isə aşağıdakı kimi təqdim olunub:

“Dur danaqı - ver bıçağı, xndzor qisem - alma bölüm, dam yarın - verim yarıma, dilim-dilim -- dilim-dilim”.