Toydan əvvəl arıqlayıb belə oldular - fotolar

Toydan əvvəl arıqlayıb belə oldular - fotolar
4477 dəfə oxunub
  • A-
  • A
  • A+

31 yaşlı Kler Krouter və sevgilisi toylarından əvvəl arıqlamaq istəyiblər.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 90 kiloqram çəkisi olan qız gərgin iş rejiminə görə "fastfud" və yarımfabrikantlardan qidalanmaq məcburiyyətində qaldığı üçün kökəlirmiş.

Sevgilisi ona evlənmək təklif edəndə isə Kler bundan imtina edir. O, "kök, piyli gəlin" olmaq istəmədiyini açıqlayıb.

10 ay ərzində 25 kiloqram arıqlayan qız sonra sevgilisi Stivenlə fitnes-kluba yazılır. Bundan sonra o, 13 kiloqram da itirir. Hər ikisi ideal çəkiyə çatdıqdan sonra onlar nikahlarını rəsmiləşdirmək qərarına gəlirlər.

Keçən il oktyabrında isə cütlük, nəhayət, ailə qurub.