Müğənnilər Türkmənistanda konsert verdi - fotolar

Müğənnilər Türkmənistanda konsert verdi -  fotolar
843 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Təyyar Bayramov və xanəndə Gülay Zeynallı "28 may Respublika Günü" münasibətiylə Türkmənistanda konsert verib.

Təəssüratlarını Axşam.az-la bölüşən G.Zeynallı bunları deyib:

"Bayram konserti Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin təşəbbüsü ilə baş tutdu. Mən və Təyyar Bayramovun çıxışı Türkmənistanda yaşayan həmyerlilərimiz tərəfindən ayaqüstə alqışlandı. Səhnədə bizi tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusubov müşayiət etdi".