Corc Kluni üzr istədi

Corc Kluni üzr istədi
1257 dəfə oxunub
  • A-
  • A
  • A+
“Oskar”lı aktyor Corc Kluni qatıldığı verilişlərin birində kinosevərlərdən üzr istəyib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzu 1997-ci ildə çəkildiyi və reytinq yığa bilməyən “Batman” filmində rol aldığına görə utandığını bildirib:

“Batman” kimi bütün dünyada sevilən və böyük auditoriya marağına səbəb olan super qəhrəmanı oynamaq 18 il əvvəl karyeram üçün mühüm bir addım kimi görünürdü. Ancaq həmin filmdə çəkilmək ən böyük səhvim idi. Bütün Batman fanatlarından üzr istəyirəm” .