"Sandalyeci" artıq Bakıda! - fotolar

"Sandalyeci" artıq Bakıda! -  fotolar
2381 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ən nüfuzlu mebel brendi "Sandalyeci"nin Azərbaycanda rəsmi açılışı baş tutub.

Azərbaycanın tanınmış memar və dizaynerləri, ictimai simalarının qatıldığı açılış mərasimində qonaqlar "Sandalyeci" brendinə aid yüksək keyfiyyətli mebel nümunələri ilə tanış olublar. Türkiyənin ən böyük sənaye mebel istehsalçısı olan “Sandalyeci”  xüsusilə turizm sektorunda hər cür tələbata cavab verən, keyfiyyətli, dizayn baxımından mükəmməl, istehsal prosesininin bütünlükdə avtomatlaşdırıldığı nəfis mebel nümunələri ilə məşhurdur. Fəaliyyət göstərdiyi illər ərzində dünyanın cəmi 6 ölkəsində şəxsi "show-room" təsis edib və Azərbaycan ilk dəfədir ki, rəsmi mağazasını yüksək zövq sahiblərinin ixtiyarına verir. Tam sağlıqlı olmaqla, sürətli istehsal, vaxtında təhvil və xidmət keyfiyyəti ilə seçilən Sandalyeci məhsulları masa, stul, kanape, hər növ oturacaq, divan-kreslo dəstləri, ofis, restoran və mehmanxana mebeli ilə bu sektorun liderlərindən birinə çevrilib. 17 min kvadratmetrlik qapalı sahədə istehsal prosesini gerçəkləşdirən Sandalyeci A.Ş istehsala göstərdiyi böyük diqqət və yüksək nəzarəti ilə öz məhsullarının uzun illər boyunca davamlılığına zəmanət verir.

İndiyə qədər Türkiyə xaricində açılan bütün "show-room"lar Sandalyeci sahiblərinin özünəməxsus olduğu halda, Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərən "C-Group" şirkəti brendin rəsmi nümayəndəliyinin açılmasına nail oldu. "C-Group" şirkəti fəaliyyət göstərdiyi zaman ərzində Azərbaycanın ən uğurlu turizm şirkətlərindən birinə çevrilib. "Ramada Baku Hotel", "Ramada Plaza Gence", "Shah Palace Hotel", "Sheki Palace Hotel", "Manqal" və "Khanedan" restoranları, "İstanbul Meyhaneci" və digər iaşə obyektlərinə sahib olan "C-Group" şirkəti fəaliyyətini Azərbaycanın turizm sektorunun inkişafına yönəldib və bu sahədə öz peşəkar sözünü deməyə müvəffəq olub. 2015-ci ildə ərsəyə gətirəcəyi iki böyük layihədən biri "Sandalyeci" mebel mağazası və İyundan etibarən istifadəyə veriləcək "Mambo Beach Club"dur.

"C-Group" şirkətinin fəaliyyəti və layihələri haqqında geniş məlumatı  www.c-group.az  və www.mambobeach.az saytlarından əldə edə bilərsiniz.