Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanına gəlmək istəyən, lakin ayağı ilişərək yıxılan qıza yardım edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobusdan vətəndaşları salamlayan prezident gənc qızın yıxıldığını görüb.
Dərhal avtobusdan düşən Ərdoğan onun yanına gedərək içməyə su verib. Bir müddət qızla söhbət edən prezident daha sonra onunla xatirə şəkli çəkdirib.