"Mənim olduğum efirə yaraşmırlar" - Natavan

"Mənim olduğum efirə yaraşmırlar" -  Natavan
2685 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi hər verilişə getməməyinin səbəbini açıqlayıb:

“Verilişlər dəvət edəndə məndən başqa qonağın kim olacağını soruşuram. Hər adamla efirə çıxmıram. Elə insanlar var ki, mənim olduğum efirə yaraşmırlar. Bunlar arasında qadın ifaçılar da var, kişilər də. Onlar üçün mənimlə eyni proqramda olmaq çoxdur. Mənlə bir səhnəni paylaşmaq olmaz. Bu kapriz deyil. Mənim insani xüsusiyyətim budur. Sevmədiyim insanla verilişdə olanda, özümü narahat hiss edirəm".