"5-ci sinifdə oxuyanda Füzuliyə, müharibəyə qaçmışdı" - Samirin anası

"5-ci sinifdə oxuyanda Füzuliyə, müharibəyə qaçmışdı" - Samirin anası
5706 dəfə oxunub
  • A-
  • A
  • A+

"Maşın" şouda daha bir iştirakçı - müğənni Samir Cavadzadənin evini göstəriblər.

Axşam.az-ın məlumatına görə, reportajda Samirin anası onun haqqında maraqlı faktlar açıqlayıb:

"İki universitet qurtarıb. Sonra əsgərliyə yollanıb. 5-də oxuyanda bir də gördük ki, Samir yoxa çıxıb. Məlum oldu ki, Füzulidə müharibə olduğunu öyrənərək oraya yollanıb. Ən böyük arzum onun toyunu, övladını görməkdir".

Müğənninin bacısı isə onunla fəxr etdiyini deyib:

"Samir həyatda hər şeyi öz gücünə edib. Fəxr edirəm ki, o cür qardaşım var. Samir mənim həm qardaşım, həm həyatda dostum, həm də atamdır".

Qeyd edək ki, "Maşın" şouda Xatirə İslam, Samir Cavadzadə və Rəşad Dağlının iştirakı ilə final davam edir. Aparıcısı və müəllifi Murad Dadaşov olan proqram ANS TV-də hər gün saat 22:00-da yayımlanır.