“Əslində mənim 2 yox, 4 övladım var”

“Əslində mənim 2 yox, 4 övladım var”
6750 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli kökəlib.

Sənətçi Axşam.az-a açıqlamasında çəkisinin artmasının səbəbini belə izah edib:
 
"İki ay əvvəl əməliyyat olunmuşdum. Səhhətimdə problem var idi. İdman edə, pəhriz saxlaya bilmirdim. Ona görə də, 8 kiloqram kökəlmişdim. İndi sağalmışam. Yenidən pəhrizə başlamışam. Yavaş-yavaş aldığım çəkidən xilas oluram".

R.Zərgərli övladlarından da danışıb. O, iki yox, dörd uşaq anası olduğunu deyib:

"Əslində mənim Corc və Bənövşədən başqa iki övladım da var. Ən böyük övladım qızdır, ən kiçiyim isə oğlan. Corcla Bənövşə mənim ortancıl uşaqlarımdır".